Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hakim Böyük Britaniya Leyborist Partiyası daxilində hazırkı lider və Baş nazir Keir Starmerin yerini tutma perspektivləri ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparılır.
Tezadlar.az xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən “The Daily Telegraph” məlumat yayıb.
Qəzetin məlumatına görə, bir qrup millət vəkili keçmiş Baş nazirin müavini Angela Rayner və səhiyyə naziri Ues Stritinq də daxil olmaqla, tanınmış siyasi xadimləri hökumətin ən yüksək vəzifəsinə namizədliyini irəli sürməyə inandırmağa çalışır.
Qəzet adı açıqlanmayan nazirlərdən birinin sözlərinə istinadən bildirir ki, “Əslində liderlik dəyişikliyi kampaniyasına çağırışlar var”.
Mənbənin məlumatına görə, Starmerin gələcəyi məsələsi 5 fevralda Leyborist millət vəkillərinin görüşündə, eləcə də şəxsi mesajlaşma söhbətlərində qaldırılıb. Mənbə vurğulayıb ki, müzakirədə iştirak edən insanların dairəsi kifayət qədər genişdir.
Siyasi qeyri-sabitlik, məhkum cinayətkar Ceffri Epşteynlə məlum əlaqələrə baxmayaraq, Peter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ilə bağlı qalmaqaldan qaynaqlanıb. Mandelson ötən ilin sentyabr ayında vəzifəsindən azad edilib və Epşteyn işində ittihamedici dəlilləri özündə əks etdirən yeni materialların dərc olunmasından sonra partiyanı və Lordlar Palatasını tərk edib. Hüquq-mühafizə orqanları məxfi məlumatları ötürmək şübhəsi ilə ona qarşı cinayət işi açıb. Starmer bu kadr qərarına görə ictimaiyyətdən üzr istəməyə məcbur olub. “The Spectator”un qeyd etdiyi kimi, yaranan qalmaqal baş nazirin istefasına səbəb ola bilər.
E.ŞİRİNOV