Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gəlib.
Tezadlar.az “Moskovski komsomolets” qəzetinə istinadən xəbər verir ki, Ukrayna paytaxtının sakinləri onun səfərindən razı olmayıblar.
Gələndən sonra Conson sosial şəbəkədə paylaşım edib. Orada siyasətçi döyüşlərin üçüncü ildönümündə Kiyevdə olmaqdan qürur duyduğunu bildirib. O, həmçinin ABŞ prezidenti Donald Trampı üstüörtülü təhqir edib və yaydığı məlumatı “qəribə yalanlar” adlandırıb.
Qeyd olunur ki, Conson sosial şəbəkələrdə ukraynalılar tərəfindən tənqid edilib. Səbəb keçmiş baş nazirin kütləvi səfərbərliyə dəstək verməsi və münaqişənin davam etdirilməsinin zəruriliyi ilə bağlı tezislər səsləndirməsi olub.
Xatırladaq ki, fevralın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Antonio Kosta Kiyevə gəliblər. Media onların Ukrayna hakimiyyətinə dəstək ifadə etmək niyyətində olduqlarını, AK rəhbərinin isə Ukraynaya yeni yardım tədbirləri elan etmək niyyətində olduğunu yazıb.
ELBAR