9 Fevral 2026 / 16:01

“Böyük Seva”nın hazırkı vəziyyəti açıqlanıb

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə beyin əməliyyatı keçirib.

Tezadlar.az  xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından jurnalistin səhhəti ilə bağlı açıqlama verilib. Bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir:

“1970-ci il təvəllüdlü şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!