Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyul 2024 / 04:07

“BOZ QURD” İŞARƏSİ VERDİYİNƏ GÖRƏ ONU BELƏ CƏZALANDIRDILAR

Bu günlərdı Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən

Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb. Tezadlar.az UEFA- nın rəsmi saytına istinadla bildirir ki, 26 yaşlı idmançı 2 oyunluq diskvalifikasiya olunub. Yəni, iki oyundan iştirakdan məhrum edilib. Belə ki, Demiral ¼ final mərhələsində Niderlanda qarşı oyanaya bilməyəcək. Qeyd edək ki, “ay-ulduzlular” iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Bu da futbolun beynəlxalq tələbləri və şərtləri… UEFA rəhbərliyi idmanı siyasətə qatmamağı tövsiyyə edir, amma qəbrə qoyulmuş “DQR” bayrağını meydanda dalğalandırmaq olardı…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!