18 Sentyabr 2025 / 08:25

Braziliya prezidenti Tramp haqqında nə danışıb?

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampı özünü “dünyanın imperatoru” hesab etməkdən əl çəkməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.

Braziliya liderinin sözlərinə görə, o, heç vaxt Trampa zəng edərək ABŞ tariflərini müzakirə etməyə çalışmayıb, çünki o, “heç vaxt danışmaq istəməyib”. O, qeyd edib ki, Ağ Evi işğal edən şəxs “sivil” dialoqa girmək əvəzinə, qərarlarını sosial şəbəkədə açıqlayıb.

Lula da Silva əlavə edib ki, Rusiya lideri Vladimir Putinlə uzun illərdir bir-birini tanıdıqları üçün Trampdan daha yaxın münasibətdədir. “Mənim Trampla münasibətim yoxdur, çünki Tramp ilk dəfə seçiləndə prezident deyildim. Onun Braziliya ilə deyil, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ilə münasibəti var”, – o deyib.

Bundan əvvəl Braziliya prezidenti bəyan etmişdi ki, ölkəsi ABŞ-la danışıqlara yalnız ədalətli və qarşılıqlı faydalı olarsa hazırdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!