28 Avqust 2023 / 09:21

BRETON MÜNAQİŞƏ BİTMƏMİŞ UKRAYNANIN NATO-YA DAXİL OLMASINI İSTİSNA EDİB

Avropanın daxili bazar üzrə komissarı Thierry Breton Fransa televiziyasında bildirib ki, Ukrayna münaqişə davam etdiyi müddətdə NATO-ya üzv ola bilməyəcək.

Əks halda, Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə əsasən, bu, bütün alyans ölkələrinin münaqişəyə girməsi demək olacaq.

Kiyevin Aİ-yə daxil olmasına gəlincə, bu, qanunun aliliyi, insan hüquqlarına hörmət və daxili bazarın inkişafı da daxil olmaqla, bütün zəruri tələblərin yerinə yetirilməsi ilə bağlıdır, – avropalı rəsmi bildirib.

Daha əvvəl bildirilmişdi ki, Avropa Şurasının rəhbəri Çarlz Mişel Sloveniyada keçiriləcək forumda Avropa İttifaqının 2030-cu ilə qədər yeni üzvlərin qəbuluna hazırlaşmalı olduğunu söyləyəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!