Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Britaniya hakimiyyəti Bolivar Respublikasının prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbsindən sonra keçmiş Venesuela millət vəkili Mariya Korina Maçado ilə əlaqə qurub.
Tezadlar.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib.
Nazir 5 yanvarda Maçado ilə telefon danışığı apardığını bildirib.
“Onun Venesuelada demokratiya, insan hüquqları və qanunun aliliyi uğrunda və repressiyalara qarşı apardığı əzmkar mübarizə ilhamvericidir”, – deyə Kuper söhbətdən sonra bildirib və Londonun yaxın günlərdə və həftələrdə Maçado ilə əlaqə saxlayacağını vurğulayıb.
Kuper həmçinin ABŞ dövlət katibi Marko Rubio ilə danışdığını bildirib. Söhbət zamanı Kuper beynəlxalq normalara riayət etməyin vacibliyini vurğulayıb.
Xəbər verdiyimiz kimi, Venesuela prezidenti 3 yanvarda ABŞ əməliyyatı nəticəsində saxlanılıb. Onun işi üzrə ilk dinləmə 5 yanvarda keçirilib.
E.ŞİRİNOV