Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Yanvar 2026 / 13:42

Britaniya Parlamenti Kral III Çarlzın ABŞ-a səfərinin ləğv edilməsinə çağırıb

Britaniyalı millət vəkili Saymon Hoare bildirib ki, Kral III Çarlz ABŞ prezidenti Donald Trampın hərəkətləri fonunda ABŞ-a səfərini ləğv etməlidir.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

17 yanvar tarixində Tramp fevral ayında Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib.

Amerika lideri bu addımı bu ölkələrin hakimiyyəti ABŞ-ın yaxın gələcəkdə nəzarəti ələ keçirməyi planlaşdırdığı Qrenlandiyaya əsgər göndərdikdən sonra atıb.

“Kralın ABŞ-a qarşıdakı dövlət səfəri ləğv edilməlidir. Sivil dünya artıq Trampa dözə bilməz. O, qanqster piratdır”, – Hoare vurğulayıb.

Əvvəllər bildirilirdi ki, Trampın Böyük Britaniyaya səfəri ilk dəqiqələrdən təmtəraqla örtülüb, çünki Böyük Britaniya hakimiyyəti ABŞ prezidentinin gəlişinə diqqətlə hazırlaşırdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!