4 Sentyabr 2025 / 07:37

Britaniya Pekin paradını “itaətsizlik aktı” adlandırıb

Britaniyanın “Daily Express” nəşrinin yazdığına görə, Pekində keçirilən hərbi parad Çinin hərbi qüdrətinin nümayişi və yeni dünya nizamının formalaşdırılması üçün simvolik akt idi.

Tezadlar.az-ın məlumatına görə, nəşr qeyd edib ki, müasir silahların, o cümlədən hipersəs raketlərinin, lazer sistemlərinin və dron dəstələrinin nümayişi Qərb ölkələrinə açıq çağırışdır.

Keçmiş Britaniya diplomatı Metyu Henderson paradı itaətsizlik aktı kimi qiymətləndirərək, Çin hərbi inkişafının texnoloji sıçrayışını vurğulayıb. Onun həmkarı Çarlz Parton əlavə edib ki, əgər 2015-ci ildə paradın məqsədi hərbi güc nümayişi idisə, indi Çin ABŞ-dan qaynaqlanan dialoq modelinə alternativ təklif edərək özünü məsuliyyətli dünya dövləti kimi göstərir.

“Bu, itaətsizlik aktıdır – yeni dünya nizamı hazırlanır. Bütün bu hipersəs raketləri, lazer silahları və dron dəstələri ilə”, – Henderson deyib.

Bundan əvvəl Almaniyanın Çin hərbi paradından gizli mesajı deşifrə etdiyi bildirilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!