19 Sentyabr 2025 / 13:24

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda dəyirmi masa keçirildi

Sentyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının, BSU-nun, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) , Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi RİH-in başçısı vəzifəsinin səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Dəyirmi masa Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü,suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir zamanı “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycanın tarixi inkişafını, 2020-ci il azadlıq mübarizəsi nəticəsində suverenliyin bərpasını və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O, “Konstitusiya və Suverenlik ili” çərçivəsində BSU mindən çox gənci əhatə etməklə ölkənin müxtəlif bölgələrində, eləcə də Bakıda rektorun gənclərlə görüşləri təşkil olunduğunu, bundan əlavə Avropada – Albaniya və Bolqarıstanda “Azərbaycan: regional lider və etibarlı tərəfdaş” mövzusunda əcnəbi tələbələr üçün mühazirələr oxunduğunu qeyd edib.
Tədbirin sonunda partiyaya yeni üzv olan bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub.
Elşad
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!