BSU oktyabrın 4-də Beynəlxalq Foruma ev sahibliyi edəcək
Oktyabrın 4-də Bakı Slavyan Universitetində Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçiriləcək.
Tezadlar.az xatırladır ki, universitetin rektoru Anar Nağıyev bu barədə özünün sosial media hesabında yazıb. Sitat: “Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formada reallaşacaq. Forum “Emosional və süni zəkanın balansı, hər kəs üçün keyfiyyətli təhsil, sürət dövrü: xarakter və iradə tərbiyəsi, təcili təhsil yardımı: çoxnövlü savadlılıq” mövzularını əhatə edəcək”.
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın