Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2024 / 06:14

BU DƏFƏ QADIN KİŞİNİ ÖLDÜRDÜ VƏ…

Adətən kişinin qadını amansızlıqla qətlə yetirməsinin şahidi oluruq…

Bu dəfə əksinə oldu: belə ki, Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Təzadlar”a bildirilib. Məlum olur ki, bu gün səhər saat 09:00 radələrində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə ərazi polis bölməsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

***

Şəxsi münasibətlər zəminin mahiyyətində, adətən, sözün çəp gəlməsi durur. Yəni, bir-birini başa düşməmək, problemə soyuqqanlı yanaşmamaq! Aralarındakı 10 yaş fərqi də bir-birini başa düşməkdə kömək etməyib. Demək, biri od, digəri su olmaq əvəzinə, hər ikisi od olub. İndi biri həyatdan məhrum oldu, digəri azadlıqdan…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!