Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün sentyabrın 12-si, səhər saat 09:00-a olan məlumata əsasən, Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumat verilib.
Yüksək dağlıq ərazilərə – Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb. Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə 19, İsmayıllıda 18, Naxçıvanda 16, Bərdə və Yevlaxda 15, Şabran, Beyləqan və Tərtərdə 14, Naftalan və Şahbuzda 13, Daşkəsəndə 12, Xaltan, Şamaxı və Göygöldə 11, Ağsu, Zaqatala, Altıağac, Göyçay, Mingəçevir, Balakən, Şərur, Gəncə, İmişli, Qobustan, Culfa, Tovuz, Şəmkir, Sabirabad, Goranboy, Sədərək, Qrız, Ordubad, Lerik, İsmayıllı, Ceyrançöl, Cəlilabad, Biləsuvar, Qubadlı, Şuşa, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Yağan intensiv leysan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir. Sentyabrın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndinə diametri 4-6 mm olan dolu düşüb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
Bakıda isə arabir yağış yağmaqda davam edir.