Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, qış sözünü deməyə iddialıdır… Belə ki, fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur. Bu barədə tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.