MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Tezadlar.az xəbər verir ki, bu, Şimali Makedoniya təmsilçisi “Şkendiya”dır. II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Rumıniyanın FCSB kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şkendiya”, səfərdə də qələbə qazanaraq (2:1) Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasına iki oyunun nəticəsinə əsasən 4:0 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.