11 Sentyabr 2025 / 07:06

Bu deputat barəsində axtarış elan edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov barəsində axtarış elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

Fetisov 2022-ci ildə Ternopol vilayətinin UTX tərəfindən axtarışa verilib. Xokkey üzrə ikiqat olimpiya çempionu “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

2021-ci ildən Fetisov Ukraynanın “Mirotvorets” ekstremist saytının məlumat bazasındadır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!