Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…1920-ci ildə Gəncədə bolşeviklərə qarşı üsyan qalxır. Gəncə üsyanı yatırıldıqdan sonra XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən bir sıra ziyalılarla yanaşı, Firidun bəy Köçərli də güllələnir. Xüsusi Şöbənin rəisi Liberman ətrafında dolaşan milliyyətcə erməni S.Danilyanın “məsləhəti” ilə Firidun bəy Köçərlinin güllələnməsi haqqında 4 iyun 1920-ci il tarixli hökmə imza atır:
“Mən 20-ci diviziyanın Xüsusi Şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq etmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtirasını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanların tökülməsinə səbəb ola bilər”.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin!
Təsdiq edirəm: 7№ li Xüsusi Şöbənin rəisi Liberman.
Təsdiq edirəm: Fövqəladə komissarı Həmid Sultanov».
Aslan Kənan,
Tədqiqatçı
(Xüsusi olaraq «Təzadlar» üçün)