Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tərəkəmə təqvimi ilə “quyruq donan” vaxta iki gün qalıb, qədim el deyimlərində də bildirilir ki, avqustun 6- dan havalar sərinləşməlidir. Təbii ki, bu ehtimaldır! Amma istilər davam etməkdədir və bu gün avqustun 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Təzadlar”a bildirilib ki, ölkə ərazisində isti hava şəraiti davam etməkdədir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.
Özünüzü qızmaq günəşin istisindən qoruyun! Daha çox kölgəli ərazilərdə olmaq məsləhətdir!
A.Məmmədli