Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün “Qarabağ” təlim-məşq toplanışını Avstriyada davam etdirən sonuncu – 4-cü yoxlama matçını keçirəcək. Tezadlar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək. Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.
Komandamıza uğurlar diləyirik.
Elşad