Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 15:31

Bu ölkə yeniyetmələrin sosial şəbəkəyə girişini yasaqlayır

15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etmək qərarına gəlinib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu gün hökumətin 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan etmək qərarını rəsmi olaraq açıqlayacaq.

Baş nazirin açıqlamasının yerli vaxtla günorta saatlarında baş tutacağı gözlənilir.

ERT-in məlumatına görə, səhiyyə və rəqəmsal idarəetmə nazirləri ilə mətbuat konfransı planlaşdırılır.

Reuters bu ilin əvvəlində Yunanıstan hökumətinin yetkinlik yaşına çatmayanlar üçün sosial mediaya çıxışı məhdudlaşdırmağı planlaşdırdığını bildirmişdi. Mart ayında Baş nazir Mitsotakis Bloomberg-ə belə bir qadağanın nəzərdən keçirildiyini təsdiqləmişdi.

Mitsotakis sosial medianın uşaqların və yeniyetmələrin zehni sağlamlığına mənfi təsirinə dair dəlillərin olduğunu  və bütün Avropa ölkələrinin bu məsələnin həlli üçün vahid bir yanaşma hazırlayacağına ümid etdiyini bildirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!