Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu sual Azərbaycanda həmişə aktual olub. Bir çox ölkələrdə isə, məsələ qanunla tənzimlənir və sadə həlli yolu var. Məsələn, pensiya kapitalını vaxtından əvvəl, yaxud istədiyin vaxt geri götürə bilərsənmi???
Bu məsələnin qonşu Gürcüstanda daha asan həlli yolu var. Məsələn, Mülki işlər və uşaqların hüquqları üzrə ixtisaslaşmış vəkil Nuqbera Rostiaşvili vətəndaşların pensiya yığımı, torpaq sahələrinin sənədləşdirilməsi və sığorta iddiaları ilə bağlı suallarını cavablandırıb. Tezadlar.az xəbər verir ki, vəkilin sözlərinə görə, ölkənin “Pensiya Agentliyi haqqında” qanununa görə, pensiya yığımı yalnız müəyyən hallarda çıxarıla bilər. Bunlar pensiya yaşına çatanda, daimi olaraq Gürcüstanı tərk edən vətəndaşlar və ya sağlamlıq vəziyyəti ağır şəkildə pisləşmiş şəxslər.Sitat: “Pensiya yaşına çatmış vətəndaş onun pensiya fonduna yığılan vəsaiti çıxara bilər. Bu yaş kişilər üçün 65, qadınlar üçün 60-dır. Həmçinin, əgər vətəndaş daimi olaraq Gürcüstanı tərk edirsə və başqa ölkənin vətəndaşıdırsa, yığımı çıxarmaq üçün müraciət edə bilər. Ağır xəstəlik və ya əmək qabiliyyətinin tam itirilməsi halında vətəndaş pulun çıxarılmasını birdəfəlik və ya mərhələli şəkildə tələb edə bilər. Əgər siz ikinci qrup əlilsinizsə, bu o deməkdir ki, siz yığımı tam və ya qismən çıxarmaq hüququna maliksiniz, Pensiya Agentliyinə müraciət əsasında. Bunun üçün əlilliyi təsdiq edən sənəd təqdim olunmalıdır”.
Bəs Azərbaycanda bu mümkündürmü? Sual hələki açıq qalır… Millət Vəkilləri isə bu sualın qanunda təsbit olunmuş cavabını əsaslandırmağa isə tələsmirlər.