3 Fevral 2026 / 11:58

BU TANINMIŞ SƏİDƏ BƏKİRQIZI KİMİ QALMAQAL SEVƏNLƏRƏ SƏRT CAVAB VERDİ

…Təəssüflər olsun, qaşınmayan yerdən qan çıxartmaqla ictimai narazılığa yol açma indi dəbdədir… Yeri gəldi-gəlmədi hay-küy salmaq, özünü reklamlamaq kimi həvəskarlar da az deyil. Tanınmış ictimai xadim İbrahim Mehdi belələrinə sərt cavab və məsləhət verdi. Tezadlar.az həmin fb statusus təqdim edir:
“Özünü jurnalist adlandıranlar niyə araşdırmırlar…
-Evi zəbt edən, evi zəbt olunan kimdir?
-30 il əvvəl zəbt olunan ev hansı təşkilatındır, çıxarışı olubsa, sahibi kim olub?
-Səs yazısı sübut deyilsə, bunu araşdırmadan tirajlamaq, bir nəfərin günahını çoxluğun adına yazmaqda məqsəd nədir?
-İki yerdə evi olan məcburi köçkünlərdən son illər mənimsəmə, korrupsiya, vəzifə səlahiyyətlərindən istifadə edən, həbs olunan varmı?
-Ölkənin sağdan, soldan təhdid olunduğu bir məqamda daxildə qarşıdurmaya, əsassız ittihamlara, ayrıseçkiliyə sövq edilməsi anlaşılan deyilmi…
Suallar çox, cavab verən isə yox.
O ki, qaldı jurnalistika və jurnalist adını daşımağa iddialılara, bunun üçün dövlətin səlahiyyətli qurumları, ictimai təşkilatları var. Zəhmət çəkin, bu sahədə yaranmış xoşagəlməz hallarla bağlı tədbirlər görün. Jurnalistika bəlağətli, pafoslu, diqqət cəlb etmək üçün danışıq meydanı deyil. Başqa peşə, sənət sahələrində olduğu kimi, bu sahədə də, yaxşını pisdən fərqləndirmək üçün sertifikasiya və başqa üsullardan istifadə etməyə ehtiyac var”.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!