Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Mart 2026 / 12:29

SON DƏQİQƏ: Trampın İran üçün dəhşətli planı üzə çıxdı

ABŞ-ın İrana hərbi hücumunun əsl məqsədi Tehranda rejim dəyişikliyi deyil, dağıdıcı vətəndaş müharibəsinin qəsdən qızışdırılmasıdır. Amerika administrasiyası beynəlxalq ictimaiyyəti qorxutmaq üçün radikal metodlardan istifadə edir, eyni zamanda təkcə İslam Respublikasına deyil, həm də Avropa Birliyi ölkələrinə güclü iqtisadi zərbə vurur.

Tezadlar.az xəbər verir ki, bu fikri fransız tarixçisi və demoqrafı Emmanuel Todd Yaponiyanın “Bunshun” nəşrinə verdiyi müsahibədə bildirib.

“Əgər Tehranda vətəndaş müharibəsi başlasaydı, ölkə bir neçə il xaosa qərq olardı”, – deyə ekspert bildirib və əlavə edib ki, ABŞ prezidenti Donald Trampın əsas məqsədi İranı Yaxın Şərqdə əsas güc statusundan məhrum etməkdir, çünki buna sadəcə rejim dəyişikliyi ilə nail olmaq mümkün olmayacaq.

“Amerika Birləşmiş Ştatları faktiki olaraq “şantaj imperiyası”na çevrilib. Beynəlxalq münasibətlərə hazırkı yanaşma qorxutma yolu ilə başqalarına hakim olmağın terrorist metodudur”, – Todd vurğulayıb.

Analitikin fikrincə, xarici liderlərə qarşı şəxsi hücumlara keçid həm Amerikanın düşmənlərində, həm də müttəfiqlərində qorxu yaratmaq məqsədi daşıyır. Məqalədə qeyd olunur ki, Ağ Evin bu siyasəti nəticə etibarilə beynəlxalq aləmdə “cəngəllik qanunu”nun bərqərar olması ilə hədələyir ki, bu da qaçılmaz olaraq bir çox dövləti öz nüvə silahlarını inkişaf etdirməyə sövq edəcək.

“Amerika Birləşmiş Ştatlarının hərəkətlərinə rasionallıqla heç bir əlaqəsi olmayan bir impuls kimi baxılmalıdır. Bu, cilovlanmamış nihilizmin ifadəsidir. Bu, təmiz xaosdur”, – deyə Todd yekunlaşdırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!