6 Fevral 2026 / 16:13

“Bu uşaq hərbiçidir, polisdir, nədir ki, silah əlində olarkən bilməyərəkdən ehtiyatsız davranıb…”

“İdrak”ın işi Allaha qalıb… Direktor və təsisçi deyir ki, uşaq ehtiyatsızlıqdan atəş açıb… Tezadlar.az xatırladır ki, sənətşünas Musa Nəbioğlu özünün sosial media platformasında bu barədə belə yazır və sual edir: “…Məktəbli öz müəllimini güllələyib. Hansı səbəbdən, niyə güllələyib, silahı hardan alıb, ailədə və məktəbdə bu uşağın tərbiyəsi ilə necə məşğul olublar, bunlar başqa söhbətin mövzusudur və istintaqla hər şeyə yəqin ki, aydınlıq gətiriləcək. Burada diqqətçəkən bir məqam isə odur ki, məktəbin direktoru deyir, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Görəsən, direktor dediklərinə özü inanırmı, yoxsa insanları əbləh yerinəmi qoyur? Bu uşaq bəyəm hərbiçidir, polisdir nədir ki, silah əlində olarkən bilməyərəkdən ehtiyatsız davranıb və hadisəni törədib? Şagirdin ehtiyatsız davranması nəticəsində dərs zamanı qlobus əlindən düşüb sına bilər, kimya laboratoriyasında kolba sınar, hansısa kimyəvi reaktivlər dağılar, fizika laboratoriyasında hansısa cihazı sındıra bilər. Daha əlindəki silahdan güllə atılmaz ki…”.

(şəkildə: liseyin təsisçisi Mönsüm Ədil oğlu Alışov)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!