Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gecə Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki hərbi təyinatlı müəssisədə baş verən partlayışla əlaqədar sabah oktyabrın 24-ü vilayətdə matəm elan edilib. Tezadlar.az “Komsomolskiy pravda”ya istinadla bildirir ki, bu barədə region qubernatoru Aleksey Teksler bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində azı 10 nəfər ölüb. “Baş verən faciə ilə əlaqədar oktyabrın 24-ü Çelyabinsk vilayətində matəm günü elan ediləcək. Regionun bütün ərazisində bayraqlar yarıya endiriləcək. Bununla yanaşı, əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunur”, – A.Teksler qeyd edib. Son məlumatlara görə, müəssisədəki partlayış nəticəsində 18 nəfər xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi.