29 Fevral 2024 / 14:02

CEYHUN BAYRAMOV TÜRKİYƏYƏ GETDİ

Fevralın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Tezadlar.az-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!