Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Çin prezidenti Si Cinpin Çinin Fələstinin BMT-yə tam qəbul edilməsini dəstəklədiyini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O, bu barədə Parisdə Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşü zamanı bildirib. Onun sözləri daha sonra Çin Xarici İşlər Nazirliyinin bəyanatında dərc olunub.
“Çin Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyir”, – Si Cinpin deyib.
Xatırladaq ki, hazırda Fələstinin BMT-də yalnız müşahidəçi statusu var. Mayın 10-da BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyası keçirilməlidir və orada Fələstinin təşkilata tam qəbulu məsələsinə baxılacaq.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Ağ Evin Fələstinin BMT-yə qəbulunu dəstəkləməyəcəyini bildirib.
E.ŞİRİNOV