2 Fevral 2026 / 13:30

Çin ABŞ-a etiraz edir

Çin ABŞ-a daxil olan Çin şirkət işçilərinin əsassız saxlanılması və dindirilməsi ilə bağlı sərt etirazını bildirib.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti” agentliyinin məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

Diplomatın sözlərinə görə, ABŞ hüquq-mühafizə orqanları son zamanlar Çin şirkət işçilərinin uzun və əsassız dindirilməsi, saxlanılması və deportasiyası ilə bağlı dəfələrlə əməliyyatlar aparıblar.

“Çin bu məsələdə güclü narazılığını və qətiyyətli etirazını bildirir”, – Lin Jian deyib.

O, ABŞ hüquq-mühafizə orqanlarını Çin vətəndaşlarının qanuni hüquqlarını pozan və iki ölkə arasında biznes mühitini pozan sərt metodlardan istifadə etməkdə günahlandırıb. Diplomat Vaşinqtonu bu cür hərəkətləri dərhal dayandırmağa çağırıb və Pekinin vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyi barədə xəbərdarlıq edib.

Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, ABŞ İranla əməkdaşlığa 25 faizlik tarif tətbiq edərsə, Pekin öz maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir. Diplomat vurğulayıb ki, Çin bu cür məsələlərdə aydın və ardıcıl mövqe tutur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!