Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2025-ci il avqustun 31-dən sentyabrın 1-dək Tianjin şəhərində keçiriləcək sammiti öncəsi ABŞ-ı tənqid edib. Pekin Vaşinqtonu qlobal sabitliyi təhdid edən eqoist yanaşmada ittiham edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg”-in məlumatına görə, Pekində keçirilən diplomatik tədbir zamanı qeyd olunub ki, “müəyyən ölkə” öz maraqlarını digər dövlətlərin maraqlarından üstün tutur və bu, beynəlxalq sabitliyə təhlükə yaradır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Bin bildirib ki, ŞƏT “sivilizasiyaların toqquşması” və “sıfır məbləğli oyun” kimi köhnəlmiş anlayışlara alternativ təklif edir. Təşkilat soyuq müharibə zehniyyətindən kənara çıxan yeni qlobal idarəetmə sisteminin tərəfdarıdır.
ŞƏT sammitində 20-dən çox dünya lideri, o cümlədən Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Toplantıya Çin sədrlik edəcək.
Sammitdən əvvəl ABŞ prezidenti Donald Tramp Moskva ilə Pekin arasında yaxınlaşmanı qeyd etsə də, Rusiya və Çinin ABŞ-ın “təbii düşmənləri” olduğunu bir daha bəyan edib.
Tramp iki ölkə arasında “təbii sürtünmə”yə işarə edərək, alyansın uzunömürlülüyünə şübhə etdiyini bildirib.
E.ŞİRİNOV