Çin Xalq Respublikasının səfiri Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Bakı Ali Neft Məktəbini ziyarət edib.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
“Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində (BANM) görüşdük.
Görüş çərçivəsində səfir Lu Mey tələbələrin Çində təhsil imkanları, təqaüd proqramları və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində qəbul imtahanlarında yüksək nəticə göstərmiş və BANM-da təhsil almaq istəyən abituriyentlərlə də görüş keçirilib. Səfir Lu Mey abituriyentlərə uğurlar arzulayaraq, gələcəkdə Çində təhsil almaq imkanlarından bəhs edib”, deyə rektor qeyd edib.