13 Dekabr 2024 / 05:23

“TƏZADLAR”IN TƏKLİFİ KEÇƏRLİ OLDU: YENİYETMƏ QAYDA POZSA, VALİDEYN CƏRİMƏLƏNƏCƏK!

Azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması valideynin cərimələnməsi ilə nəticələnəcək.

Tezadlar.az xatırladır ki, bununla bağlı Gürcüstanda mövcud qanuna dəyişiklik edilib. Belə ki, azyaşlının hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması zamanı valideyn və ya qanuni nümayəndəsi 100-300 lari məbləğində cərimə olunacaq. Parlament qanunvericiliyə dəyişiklikləri iki oxunuşda qəbul edib. Bu gün dekabrın 13-də keçiriləcək iclasda sözügedən qanun üçüncü oxunuşda təsdiqlənəcək.

Qeyd edək ki, bir büddət əvvəl Azərbaycanda da oxşar qanunun tətbiq zərurəti barədə “Təzadlar”da məlumat və təkliflər səsləndirilmişdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!