Əsas məzmuna keç

Ukraynanın üç vilayəti raket hücumuna məruz qaldı: İtki və yaralılar barədə məlumat daxil olur

mehmet kanci giris

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov, Jitomir və Kiyev vilayətlərinə zərbələr endirməsi nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.

Tezadlar.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətlərin hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Xarkov meri İqor Terexovun Telegram-da verdiyi məlumata görə, şəhərdə beş nəfər xəsarət alıb.

Jitomir Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko isə Telegram-da yazıb ki, regionun yaşayış binaları və mülki infrastrukturuna raket və dron hücumları nəticəsində bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və Milli Polisin məlumatına görə, Kiyev vilayətinə hücum nəticəsində Buça rayonunda bir nəfər həlak olub, Fastov rayonunda isə bir nəfər yaralanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…