19 Avqust 2025 / 16:13

Daha 1000 həlak olmuş əsgərin cəsədi Ukraynaya təhvil verilib

Rusiya Ukrayna tərəfinə daha 1000 əsgərin cəsədini, Ukrayna isə Rusiya tərəfinə 19 əsgərin cəsədini təhvil verib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

“1000 cəsəd Ukraynaya təhvil verilib. 19-u Rusiyaya təhvil verilib”, – mənbə bildirib.

Rusiya prezidenti Vladimir Putin iyunun 19-da bildirib ki, Rusiya tərəfi həlak olan 6 min əsgərin cəsədini Ukraynaya təhvil verib və daha 3 minə yaxın əsgəri təhvil verməyə hazırdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!