Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Tezadlar.az xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Belə ki, qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü -Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirir.