Əsas məzmuna keç

Maskın atası Nyu-York şəhərinin məhv olacağını proqnozlaşdırmışdı

Amerikalı milyarder İlon Maskın atası Errol Mask Nyu-York şəhərindəki miqrantlar haqqında danışıb.

Tezadlar.az xəbər verir ki, o, öz fikrini “RİA Novosti” ilə söhbətində bildirib.

O, miqrantların ABŞ-ın ən böyük metropoluna daxil olması ideyasını “son dərəcə dəhşətli” adlandırıb, çünki onun sözlərinə görə, “hər şey söküləcək” və “heç nə qalmayacaq”. Errol Mask həmçinin “heç nə tikmədikləri” bölgələrdən miqrant axını ilə bağlı narahatlığını bildirib.

Əvvəllər ABŞ-ın dövlət müavinətlərindən istifadə etmək potensialı olan ölkələrdən miqrantları qəbul etməyi müvəqqəti olaraq dayandıracağı bildirilib. Bu, Rusiya da daxil olmaqla 75 ölkədən olan müraciət edənlərə aiddir. ABŞ hakimiyyətinin beləliklə, sosial sektor və milli büdcə üçün risk qiymətləndirməsi tətbiq etməyə çalışdığı bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…