Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 15:58

Daha bir müxalifət liderinə hökm oxundu

“Lelo Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze Parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə təqsirli bilinib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd olunub. Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Şaradze tərəfindən çıxarılan hökmlə Xazaradzeyə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Eyni zamanda o, 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib. Məhkəmə qərarının elan olunduğu iclasa Xazaradze qatılmayıb və son söz hüququndan da istifadə etməyib.

Xatırladaq ki, Mamuka Xazaradze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat verməyə çağırılmış, lakin iclasa qatılmamışdı. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülmüşdü. Həmin maddə müvəqqəti istintaq komissiyasının tələbinə əməl etməməyə görə cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə, həmçinin vəzifə tutma və fəaliyyət hüququnun 3 ilədək məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Mamuka Xazaradze barəsində 50 min lari məbləğində girov tədbiri seçilmiş və o, bu məbləği qanunla müəyyən olunmuş müddətdə ödəmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!