22 Avqust 2025 / 09:57

Daha bir ölkə ABŞ-dan olan miqrantları qəbul etməyə razılıq verib

Uqanda ABŞ-dan deportasiya edilən qeyri-qanuni miqrantları müvəqqəti qəbul etməyə razılaşıb.

Tezadlar.az bildirir ki, bu barədə Uqanda Xarici İşlər Nazirliyinin daimi katibi Vinsent Bajira sosial şəbəkədə məlumat verib.

Diplomatın sözlərinə görə, Vaşinqtonla müvəqqəti razılaşma “Birləşmiş Ştatlarda sığınacaq tələb oluna bilməyən, lakin mənşə ölkələrinə qayıtmaq istəməyən və ya bununla bağlı narahatlığı olan üçüncü ölkə vətəndaşlarına” şamil ediləcək.

Eyni zamanda, Uqanda cinayət keçmişi olan miqrantları və ya müşayiət olunmayan azyaşlıları qəbul etməyəcəyi şərtini irəli sürüb. Bundan əlavə, digər Afrika ölkələrinin vətəndaşlarının Uqandaya göndərilməsini arzuolunmaz hesab edib.

İyul ayında ABŞ prezidenti Donald Tramp Afrika ölkələrini ABŞ-dan deportasiya edilən miqrantları qəbul etməyə dəvət edib. KİV-in məlumatına görə, Cənubi Sudan və Esvatini artıq bir neçə miqrant qəbul edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!