Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 11:56

Danimarka ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyini dəyişdirə bilib-bilmədiyini belə izah etdi

J.D.Vens və Rubio Ağ Evdə Danimarka nümayəndələri ilə görüşdülər

Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyini dəyişdirə bilmədiyini bildirdi.

Tezadlar.az bildirir ki, bu barədə Azadlıq Radiosu məlumat verib.

Ağ Ev görüşündən sonra o, “səmimi, lakin konstruktiv” müzakirə aparıldığını, lakin tərəflərin mövqelərinin “fərqli olduğunu” söylədi.

“Deməliyəm ki, bu məsələ ilə bağlı mövqelərimiz fərqli olaraq qalır. Prezident Tramp öz fikirlərini açıq şəkildə bildirib və bizim fərqli mövqeyimiz var… Danimarka Krallığı, əvvəlki kimi, Qrenlandiyanın uzunmüddətli təhlükəsizliyinin mövcud sistemlə təmin edilə biləcəyinə inanır”, – deyə diplomat bildirib.

Rasmussen bildirib ki, görüş zamanı tərəflər danışıqları davam etdirmək və “orta bir yol tapa biləcəyimizi araşdırmaq üçün” yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

O, qrupun ilk görüşünün bir neçə həftə ərzində baş tutacağına ümid etdiyini bildirib.

ABŞ-ın vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio Ağ Evdə Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın Müstəqillik və Xarici İşlər naziri Viviane Motzfeldt ilə görüşüblər.

Trampın Qrenlandiyaya müdaxiləsi

Daha əvvəl bildirilirdi ki, ABŞ-ın ilhaq təhdidləri fonunda Danimarka Qrenlandiyaya hərbi gücləndirmə göndərir. Bazar ertəsi günü hərbi mütəxəssisləri daşıyan Danimarka Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Nuuk hava limanına eniş edib.

İrəliləyən hərbi dəstələr adanı Danimarka Ordusundan və ölkənin müttəfiqlərinin ordularından böyük qüvvələri qəbul etməyə hazırlamaq, xüsusən də gələcəkdə hər hansı böyük qüvvələri yerləşdirmək üçün logistika və ekoloji hazırlığı təmin etmək məqsədi daşıyır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!