1 Fevral 2026 / 21:15

DƏHŞƏTLİ FACİƏ: Cəlilabadda əminin baltaladığı qız öldü

Bu gün Cəlilabad rayonunda əmisi tərəfindən baltalanan qız öldü… Tezadlar.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin bütün səylərinə baxmayaraq, yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün morqu təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu dəhşətli hadisənin nə üstə baş verdiyi ciddi araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!