Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran çətin gündə Azərbaycanın dost münasibətinin şahidi oldu.
Bu fikirləri Tezadlar.az açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
O xatırladıb ki, İranla Azərbaycan arasında bu hadisələrə qədər və bundan öncə düşmənçilik yaratmaq istəyən qüvvələr var idi:
“Amma onların səyləri əbəs oldu. Bir daha aydınlaşdı ki, Azərbaycan heç zaman İrana qarşı düşmən mövqeyində olmayıb və olmayacaq. Biz İranın bir sıra ölkələrlə problemlərinin həllinin döyüş meydanında deyil, danışıqlar stolu ətrafında həll edilməsinin həmişə tərəfdarıyıq”.
Deputatın fikrincə, İlham Əliyevin İran prezidenti ilə telefon danışığı, qonşu ölkə ilə əlaqədar məsələlərdə narahatlıq keçirməsi, atəşkəslə əlaqədar təbriki də Azərbaycanın İrana dost münasibətinin əyani təzahürü idi: