Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Avqust 2024 / 13:41

DEPUTAT OLMAQ ÜÇÜN BU QƏDƏR TƏŞVİQAT YERİ AYRILIB

Növbədənkənar parlament seçkilərində təşviqat üçün 5 155 daimi görüş yeri ayrılıb.

Tezadlar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq: “Təşviqat üçün 5 155 yer ayrılıb. Onların çoxu açıq havadadır. Qapalı məkanlar da Azərbaycanın bütün bölgələrində təsis edilib”.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!