5 Fevral 2026 / 12:20

DGK əməkdaşları ölkəyə qanunsuz gətirilən qızıl-brilyantı belə aşkarladılar

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların və qızıl-zinət əşyalarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Tezadlar.az  DGK-ya istinadən xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn ölkə vətəndaşının əl yükünə gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində gizlədilən və gömrük orqanına bəyan edilməyən 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!