29 Yanvar 2026 / 17:22

DGK-nın bu əməkdaşlarına ali xüsusi rütbələr verildi – SİYAHI

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Tezadlar.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, DGK-nın aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib.

“gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi

Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

“gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi

Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi

Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!