Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
…Belə çıxır ki, bizim avamlara tövbə yoxdur, yaxud “gözü çıxan qardaşının” başına gələnlərdən nəticə çıxarmır. Budur, dünən də avam və yalançıların tamahkarlığına inanan vəndaşlarımızın bank kartlarından 32 min 306 manat pul oğurlanıb . Tezadlar.az bildirir ki, DİN-in Mətbuat xidməti yenidən belə bir məlumat yayıb. Məlum olur ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Nazirlik xəbərdarlıq edir: “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Yaxşı, nazirlik işini-gücünü atıb niyə bu avamların düçar olduğu dələduzluğu araşdırmalıdır. Hansı ki, faktdır ki, kiberdələduzlar əsasən xarici ölkələrdədir və onları tutmaq mümküncüz bir məsələdir.
Amma “Təzadlar”dan təklifimiz də var: yaxşı olar ki, DİN bu avam vətəndaşlarımızın siyahısını da təqdim etsin ki, heç olmasa, qohum-əqraba onları qınasın, danlasın və ən vacibi, onları bu yolla tanıyanlar bundan nəticə çıxarıb özləri də kiberdələduzların toruna düşməsinlər…
A.Məmmədli