Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2025 / 11:25

Direktor işdın qovuldu, başçının müavini oldu…

Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib. İcra başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Zülfiyyə Xası qızı Məmmədhüseynova başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və Ədəbiyyat müəlliməsi olub.
Hazırda qeyd olunan məktəbə direktor vəzifəsinə isə təyinat olmayıb.
Xatırladaq ki, bununla da son bir ayda üçüncü qadın müəllim icra hakimiyyətlərində yüksək vəzifə təyinatı alır. Belə ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini Aliyə Osmanova isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Maraqlı təyinatdır…
(tezadlar.az)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!