Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-nin Florida ştatında yerləşən məşhur “Walt Disney World” istirahət kompleksində 10 gün ərzində 3 nəfərin həyatını itirməsi müzakirələrə səbəb olub.
Tezadlar.az xəbər verir ki, ardıcıl baş verən hadisələrdən sonra polis araşdırmaya başlayıb.
Məlumata görə, ilk hadisə oktyabrın 14-ü ərəfəsində qeydə alınıb. Belə ki, 31 yaşlı qadın “Disney’s Contemporary Resort” adlı oteldə ölü tapılıb. Polis ilkin araşdırmalara əsasən, bunun intihar ola biləcəyini açıqlayıb.
Üçüncü ölüm isə oktyabrın 23-də yenə “Contemporary Resort”da qeydə alınıb. Bu şəxsin kimliyi və ölüm səbəbi hələlik açıqlanmayıb.
Rəsmilər bildiriblər ki, bu üç hadisə arasında hər hansı əlaqə müəyyən olunmayıb.