Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Yaxın Şərqdə gərginliyin azaldılmasında maraqlıdır və İran – İsrailə arasında gərginləşən münaqişədə sülhməramlı kimi çıxış etməyi təklif edə bilər.
Tezadlar.az xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov Rusiya KİV-nə müsahibəsində bildirib.
“Yalnız çox səthi bir müşahidəçiyə elə görünə bilər ki, Yaxın Şərq hardasa uzaqdadır və orada baş verənlərin bizə çox az təsiri var. Bu, qətiyyən doğru deyil. “Suriya, Liviya və Fələstin münaqişə zonasında baş verən hər şey – bütün bunlar beynəlxalq gərginliyə səbəb olur ki, bu da qlobal təhlükəsizliyə təsir edə bilər”.
O qeyd edib ki, Yaxın Şərq Rusiyanın birbaşa əlaqəsi olan regiondur. Bundan əlavə, Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasında təmsil olunur və buna görə də bu cür münaqişələrin həlli ilə bağlı müəyyən siyasi və beynəlxalq öhdəliklər daşıyır.
“Hesab edirəm ki, tərəflər bunda maraqlı olsalar, təbii ki, Rusiya vəziyyətin həllində fəal iştirak edə və vasitəçilik funksiyalarını yerinə yetirə bilər. Rusiya-İran münasibətləri baxımından bizim təhlükəsizlik sahəsində müəyyən imzalanmış sənədlərimiz və bir sıra öhdəliklərimiz var ki, bu da Rusiyaya baş verən hadisələrdə fəal iştirak etmək imkanı verir”, – Novikov vurğulayıb.
JASMİN