Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynalı jurnalist Andrey Tsaplienko Dnepr səmasında şəhərin elektrik enerjisini kəsən yaşılımtıl parıldamasını izah edib.
Tezadlar.az xəbər verir ki, o, bunun qəza ilə bağlı olduğunu iddia edir.
“Dneprdə baş verən partlayışa gəlincə, bu, hücum deyil. Dnepr rayonundakı 150 kV-luq transformatorun sıradan çıxmasıdır. İlkin məlumatlara görə, bunun hərbi əməliyyatlarla əlaqəsi yoxdur”, – Tsaplienko izah edib.
O əlavə edib ki, bəzi istehlakçılar yenidən qoşulub və təmizləmə işləri aparılır.
Oktyabrın 1-də axşam saatlarında Dnepr üzərində səmada parıltı baş verib və bu, şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Yayımlanan görüntülərdə yaşılımtıl parıltı görünür, bundan sonra yol işıqları sönür.
E.ŞİRİNOV