28 Mart 2024 / 17:04

DNEPROPETROVSK VİLAYƏTİNDƏ İNFRASTRUKTUR OBYEKTİNƏ ZİYAN DƏYİB

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda infrastruktur obyektinə ziyan dəyib.

Tezadlar.az bildirir ki, bu barədə yerli vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

“İnfrastruktur obyekti zədələndi” – o, Telegram kanalında yazıb.

Ukraynanın əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursunun məlumatına görə, cümə axşamı Dnepropetrovsk vilayətində beş dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!