1 Avqust 2025 / 19:50

Dodik kömək istədi

Bosniya və Herseqovina Serb Respublikası Prezidenti Milorad Dodik məhkumluğu ilə əlaqədar Serbiyadan qeyd-şərtsiz dəstək, habelə Rusiya və ABŞ-dan kömək istəyib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini Serb Respublikasının Radio və Televiziyası yayıb.

“Mən Serbiyadan tam dəstək gözləyirəm, Rusiyadan dəstək istəyəcəyəm, yeni Amerika administrasiyası üçün məktub yazacağıq”, – Dodik bildirib ki, hökm “utancvericidir və demokratiya və ədalətlə heç bir əlaqəsi yoxdur”.

Bundan əvvəl Dodikin saxlanmasına cəhdlər olub.

Fevralda Bosniya və Herseqovina məhkəməsi onu BMT nümayəndəsinin qərarlarına əməl etmədiyinə görə bir il müddətinə azadlıqdan məhrum edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!